Bağla
Deqiq.info

Aynişanı təbrik edib, başqasına söz atdı - Fotolar

Tarix:31-01-2020, 13:29

Aynişanı təbrik edib, başqasına söz atdı - Fotolar“Övlad başqa varlıqdır! Biri çıxar, düşünmədən bir söz deyər və bu, hər kəsi dərin silkələr. Bəzən də bir sənətkar hər səhvi, hər düzü özü kimi bilər. Və hamı, ana-bacı onu dəstək seçər. O şəxs Aybəniz Haşımovadır”.

Deqiq.info xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan yaxın günlərdə toy etməyi planlaşdırılan Aynişan Quliyevanın nikah fotosunu paylaşaraq yazıb. O, Əməkdar artist Aybəniz Haşımova və qızını təbrik etsə də, üstüqapalı başqa bir sənətçiyə söz atıb.

Müğənni təbrik mətninə bu sözləri də əlavə edib:

“Yaşadığı həyat, gördüyü haqsızlıq onu yormadı, gələcək üçün gözəl bir qız böyütdü! Hamımıza “bu gün qismət olsun” deyib hər kəsi təbrik edirəm. Bir şəhid qızı bu gün ailə qurur. Ona böyük sevgi və səbr arzu edirəm, dualarımız onunladır. Xoşbəxt ol, gözəlim”.



R.Ayxanın təbriki cavabsız qalmayıb. A.Haşımova sənətçinin sözlərindən xoşhal olduğunu bildirirək bunları yazıb:

“Röya hər kəsin sevimli müğənnisi və arzusudur. Mənim isə qollarımın arasında günlərlə, bəlkə də, aylarla-illərlə laylasını oxuduğum körpəmdir. Övladımdan öncə onu qucağımda sevdim, onu bağrıma basanda, beşiyinin başında layla deyəndə ağlımdan belə keçməzdi ki, həmin körpə bu gün bütün Azərbaycanın sevimli müğənnisi olacaq. Bu günə şükür! Bacım Telli xanımın əmanət balası, diqqətinizə görə çox sağ olun”.



Aynişan Quliyeva isə “Səhnəyə ilk gəldiyi gündən bu günə kimi mahnılarını yorulmadan sevə-sevə dinlədiyim insan, təbrikiniz sevindirdi” deyə, yazaraq sənətçini toyuna dəvət edib.

Qeyd edək ki, A.Quliyeva tanınmış fitnes müəllimi Kənan Əliyevlə nikah bağlayıb.

Oxunub: 103



XƏBƏR LENTİ