Bağla
Deqiq.info

Kamil Gülayla boşanmasından danışdı: “Qohumlar, Gülayın rəfiqələri…” - Şok ittihamlar

Tarix:7-02-2020, 15:47

Kamil Gülayla boşanmasından danışdı: “Qohumlar, Gülayın rəfiqələri…” - Şok ittihamlar

Müğənni Gülay Zeynalının həyat yoldaşı, idmançı Kamil Zeynallı teleqraf.com -un suallarını cavablandırıb.

- Kamil bəy, yaxın günlərdə Çinə getmişdiniz. Deyəsən, səyahət etməyi xoşlayırsız?

- Bəli, vaxtında getdim, gəldim. Yoixsa koronavirusa yoluxardım, Azərbaycanda ilk koronavirusa yoluxan Kamil Zeynallı olardı... Xəstəliyə qalib gələnlər çoxdur.

- Qarşıda hansı ölkələrə getməyi planlaşdırırsınız?

- Afrika, Çexiya, Praqa və Almaniyaya gedəcəm.

- Səyahətlərə yəqin çox pul xərcləyirsiniz…

- Pul xərcləmirəm, turizm şirkətləri mənə deyirlər ki, sizə istədiyiniz ölkələri təşkil edirik, sadəcə çəkdiyiniz videoların altında şirkətimizin adını qeyd edin.

- Videoları yutub kanalınızda yayımlayırsınız?

- Bəli, yeni yutub kanalı açmışam. Yavaş-yavaş başlamışam. Dedilər ki, yutubda pul var, mən də ora getdim.

- Başqa yolla pul qazana bilmirsiniz?

- Qazanırıq, artıq pulun bir ziyanı olmaz...

- İdman zalınız, gözəllik salonunuz da var.

- O qədər imkanlı adamlar var ki, maqazin, otel sahibləridirlər.

- Otel sahibi olmaq istəyirsiniz?

- Xeyr.

- Villanız varmı?

- Villam yoxdur, inşallah, olacaq. İki evim var.



- Sosial şəbəkələrdə niyə aqressiv statuslar paylaşırsınız?

- Sahiblərinə ünvanlamaq üçün. Qıcıqlananda və əsəbləşəndə stressim onunla çıxır. Mənim heç kimlə işim yoxdur. Ona görə bilirəm ki, hamısı paxıllıqdandır. Hər şeyi əziyyətlə qazanmışam.

- Yaxın günlərdə ailənizlə Şahdağa getmişdiniz. Ora da pulsuz getmişdiniz?

- Bəli, Çinə, Hindistana və Türkiyəyə də səfərim pusluz başa gəldi.

- Sizin ailənizlə ilk dəfə birlikdə istirahətə getdiyinizi görürdük...

- Yox, bir yerdə görmədiniz (gülür).

- Sosial şəbəkədə birlikdə foto paylaşmasanız da, eyni məkandan paylaşım etmişdiniz.

- Amma bir yerdə görmədiniz ki... Doğrudur, istirahətə birlikdə getmişdik. Amma özümüz sosial şəbəkədə fotomuzu paylaşmaq istəmirik.

- Niyə sosial şəbəkədə Gülay xanımla birlikdə foto paylaşmırsınız?

- Şəkillə xoşbəxtlik artmır ki. Bizə belə xoşdur, belə də davam edirik. Əvvələr İnstaqram yoxuydu, Kamillə Gülay da yox idi?

- Qızınız Sahilə ilə tez-tez foto paylaşırsınız.

- O mənim qızımızdır, canım-ciyərimdir. Adam övladına görə əlindən gələn hər şey edir. Daha Sahilənin də fotosunu paylaşamayacam. Artıq böyüyür, ikinci sinifdə oxuyur.

- Yaxın günlərdə Gülay xanım demişdi ki, qızınıza vaxt ayıra bilmir.

- Gülay çox gözəl anadır. Mən onun analığına qibtə edirəm. Çünki uşaq iki saatlıq mənim yanımda olanda on dəfə zəng edir, neynədi, yeməyini yedimi? Şahdağdan da birlikdə gəldik. Mənə dedi ki, Sahilənin ayaqqabısını çıxar, rahat olsun. Sonra maşını yolda saxladıq. Gəldi ki, uşağın ayaqqabısınə niyə çıxarmamısan?

Bir sözlə, çox qayğıkeş anadır. Qızımıza məndən də çox vaxt ayırır. Mənim anam üzərimdə necə əsirsə o da övladımıza elədir.

- Qarşıdan 14 fevral Sevgililər günü gəlir. Gülay xanıma nə hədiyyə edəcəksiniz?

- Gülay xanıma ad günündə ona hədiyyə etdiyim gülü evakuatorla aparmışdılar. 1011 qızıl gül idi, 3500 manat xərcləmişdim.

- Bəs, bu il?..

- Mən heç nəyi öncədən planlaşdırmıram. Bir gün öncə sabah nə edəcəyimi düşünürəm. Əslində bizim sevgililər günümüz 30 iyundur. 14 fevrala sıradan gün kimi baxıram. Romantik nəsə etsəm belə, heç vaxt onu göstərmərəm. Son iki-üç ildə elə şeyləri yığışdırmışam. Çünki bizi istəməyənlər, paxıllıq edənlər çoxdur. Üzümüzə gülən ailə dostlarımız, Gülayın rəfiqələri var ki, arxamızca danışırlar.

- Gülay xanımla boşanmağınız haqqında şayiələr nə dərəcədə doğru idi?

- Od olmayan yerdə tüstü çıxmaz. Hər kəsin ailəsində söz-söhbət olur. Amma onu böyüdüb bu dərəcəyə çatdırmaq düzgün deyildi. Bunu isə bizim yaxın ətrafımız etdi. Hamının ətrafında yaxın bildiyi və şərəfsiz çıxan insanlar çoxdur. O söhbəti kənara çıxaran qohumlarımız və yaxın bildiyimiz ətrafımızdır.

Vallah, həyatda davasız- şavasız dostluğun, ailənin dadı-duzu yoxdur. Elə vaxt olub ki, anamla beş ay danışmamışam. Mən prinsipial insanam. Anamdır, canım-ciyərimdir

Oxunub: 138



XƏBƏR LENTİ