Bağla
Deqiq.info

Azərbaycan Premyer Liqasında XX turun rəmzi komandası açıqlandı

Tarix:11-03-2020, 15:03

Azərbaycan Premyer Liqasında XX turun rəmzi komandası açıqlandıAzərbaycan Premyer Liqasında XX turun rəmzi komandası və futbolçusu bəlli olub.

"deqiq.info"in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “InStat”ın təhlili əsasında "11-liy"ə "Qəbələ"dən və "Neftçi"dən 4, "Zirə"dən 2, "Qarabağ"dan isə 1 futbolçu düşə bilib.

XX turun ən yaxşı oyunçusu isə "Qəbələ"nin fransalı legioneri Nikolas Rayseldir.

Qapıçı: Anar Nəzirov – 303 (“Qəbələ”) - 3

Müdafiəçilər: Donald Gerye - 296 (“Neftçi”) - 3, İviça Juniç – 310 (“Qəbələ”) - 4, Anton Krivotsyuk - 306 (“Neftçi”) - 6, Amin Seydiyev - 350 (“Qəbələ”)

Yarımmüdafiəçilər: Stiven Monroz – 300 (“Neftçi”) - 6, Emin Mahmudov - 345 (“Neftçi”) - 3, Şafik Tiqruca - 329 (“Zirə”) - 3, Xayme Romero – 306 (“Qarabağ”) - 6

Hücumçular: Nikolas Raysel - 352 (“Qəbələ”), Riçard Qadze – 268 (“Zirə”) - 2

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Oxunub: 26



XƏBƏR LENTİ