Bağla
Deqiq.info

Çində dövlət neft ehtiyatları artırıla bilər

Tarix:11-03-2020, 15:02

Çində dövlət neft ehtiyatları artırıla bilərÇin hökuməti neftin kəskin ucuzlaşması ilə bağlı strateji dövlət neft ehtiyatlarını artırmaq məsələsinə baxır.

“deqiq.info” “Bloomberg”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı dövlət idarələrində məsləhətləşmələr aparılır, son qərarın isə nə vaxt veriləcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, OPEC+ razılaşmasının pozulduğu, Səudiyyə Ərəbistanın hasilatı xeyli artıraraq neftini 20 faizlik endirimlə satmaq niyyəti məlum olduqdan sonra bu həftənin bazar ertəsi günü neftin qiyməti 20 faizdən çox azalaraq 30-35 ABŞ dollarınadək düşüb.

Oxunub: 23



XƏBƏR LENTİ