Bağla
Deqiq.info

Azərbaycanda dərsdən qalan şagirdlərdən koronavirusa görə arayış tələb edilir? - RƏSMİ

Tarix:2-03-2020, 14:02

Azərbaycanda dərsdən qalan şagirdlərdən koronavirusa görə arayış tələb edilir? - RƏSMİTəhsil Nazirliyindən məktəblərdə dərsdən qalan şagirdlərdən sağlamlıq kağızının tələb edilməsinə münasibət bildirilib.

Deqiq.info-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki, belə bir qərar verilməyib:

“Koronavirusa görə məktəblərdə şagirdlərdən sağlamlıqla bağlı arayış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib. Uşaqlardan da belə bir sənəd tələb olunmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərdə dərsdən qalan şagirdlərdən sağlamlıq kağızının tələb edilməsi ilə bağlı məlumat yayılıb.

Oxunub: 31



XƏBƏR LENTİ