Bağla
Deqiq.info

Niyaməddin Musayevin nəvələri ilk dəfə efirdə - Video

Tarix:10-01-2019, 12:31

Niyaməddin Musayevin nəvələri ilk dəfə efirdə - VideoXalq artisti Niyaməddin Musayev “Dostlar” verilişinin qonağı olub.


Axşam.az-ın məlumatına görə, verilişin aparıcısı müğənni Nazənin ilk dəfə olaraq 78 yaşlı ifaçının nəvələrini efirdə göstərib. O bildirib ki, bu addımı N.Musayev üçün sürpriz olub:

“Niyaməddin müəllimin qızı Röyaya təşəkkür edirəm. Ona zəng etdim və dedim ki, atana belə bir sürpriz etmək istəyirəm. O da çox sağ olsun ki, məni qırmadı, razılıq verdi. Röya söylədi ki, sizə hər şey olar. Bilirik ki, atamı çox istəyirsiz”.
Süjetə baxan N.Musayev kövrəldiyini deyib:

“Bu bir həyat oldu mənə. Çünki bunun özü bir tarixdir. Kövrəldim. Nəvələrim əlaçıdırlar. Röya qızımın da, Orxan balamın da övladları yaxşı oxuyur”.

Oxunub: 159



XƏBƏR LENTİ